COP29-da minaların yaratdığı təhlükəyə diqqət yönəltməliyik - Nüsrət Süleymanov
Bu konfrans sayəsində humanitar minatəmizləmə sahəsində qazanılan təcrübəni bölüşürük. Biz minaları ölüm toxumları adlandırırıq, çünki onlar insanları öldürür.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" konfransının yekununda çıxışı zamanı deyib.
O qeyd edib ki, minalar həm suya, həm də torpağa böyük təhdiddir.
"Biz minalar da daxil olmaqla, insanlığa qarşı təhlükələri aradan qaldırmalıyıq. COP29-a ev sahibliyi edən ölkə olaraq, biz minaların yaratdığı təhlükəni bəyan etməliyik. Azərbaycanda keçiriləcək COP29-da da bu məsələyə diqqəti yönəltməliyik. Əlbəttə ki, iki gün ərzində bunu etmək mümkün olmasa da, hesab edirəm ki, biz buna nail olduq, bir-birimizdən nəsə öyrəndik, məsələnin ciddiyyətini anladıq. Bu konfransa iştirak edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, növbəti görüşədək planetimizi minalardan təmizləyə biləcəyik",- deyə o bildirib.