Daha bir nəfər idman zalında vəfat etdi
Sumqayıtda 21 yaşlı gənc idman zalında vəfat edib.
meqale.com "Sumqayit24.az"a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Eyvazov Adil Emin oğlu 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq edərkən qəfil halı pisləşib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası gəncin həyatını xilas edə bilməyib.
Mərhumun taekvondo idman növü ilə məşğul olduğu bildirilir.