Dani Alveşdən xəbər var

Braziliya millisinin sabiq futbolçusu Dani Alvesin əhatəsində olanlar idmançının intihar etməsi ilə bağlı məlumatı təkzib ediblər.

Dani Alveşdən xəbər var
Braziliya millisinin sabiq futbolçusu Dani Alvesin əhatəsində olanlar idmançının intihar etməsi ilə bağlı məlumatı təkzib ediblər.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Braziliyanın "Itatiaia" nəşrinə idmançının mətbuat məsləhətçisi Akaz Felleqqe bildirib.

"Məlumatı Rio-de-Janeyrodan olan Paulo Albukerke paylaşıb. Heç bir əsas olmadan. Heç bir doğrululuq yoxdur. Mən vəkillə danışmışam və bu məsuliyyətsiz adamı məhkəməyə vermək lazımdır", - deyə A.Felleqe qeyd edib.

Qeyd edək ki, daha əvvəl braziliyalı jurnalist Paulo Albukerke Dani Alveşin intihar etdiyini iddia edib. Onun sözlərini "BBO Sports" hesabı "X" sosial şəbəkəsində sitat gətirib.