Durov həbsdən öncə Bakıda bu azərbaycanlı ilə görüşüb - VİDEO
"Telegram"ın təsisçisi Pavel Durovun həbsindən əvvəl əlaqə saxladığı sonuncu şəxsin adı bəlli olub.
meqale.com olay-a istinadən xəbər verir ki, həmin şəxsin Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov (Gusein Gasanov) olub. Azərbaycanda milyarder influenser 24 yaşlı Yuliya Vavilova ilə səhər yeməyi yeyib. Baxmayaraq ki, Pavelin Bakıda Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü iddia olunurdu, lakin yayılan kadrlarda onun Bakıda Hüseynlə də görüşdüyü görünür.
Bir neçə saat sonra Durov və Vavilova milyarderin şəxsi təyyarəsi ilə Parisə uçublar, orada fransız təhlükəsizlik işçiləri onları gözləyib.