Durovun pasportları müsadirə edilib

Paris məhkəməsi teleqramın təsisçisi Pavel Durovun bütün pasportlarını götürüb.

Durovun pasportları müsadirə edilib
Paris məhkəməsi teleqramın təsisçisi Pavel Durovun bütün pasportlarını götürüb.

meqale.com axşam.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Paris və Nitsanın Vəkillər Kollegiyasının üzvü İrina Sidorova açıqlayıb.

O, araşdırma zamanı sənədlərin müsadirə olunduğunu bildirib.

"Yəni, onun Fransanı hava, dəniz və ya quru yolu ilə tərk etmək imkanı yoxdur" deyə, vəkil izah edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Parisin Le Burje hava limanında saxlanılan Pavel Durov dünən azadlığa buraxılıb.