Ərdoğan döyülən hakimə zəng etdi "lazım olanı edin" - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəstəxanada olan futbol hakimi Halil Umut Melerlə telefonla danışıb.

Ərdoğan döyülən hakimə zəng etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəstəxanada olan futbol hakimi Halil Umut Melerlə telefonla danışıb.

Daxili İşlər naziri Əli Yerlikaya, Super Liqada son oynanan MKE Ankaragücü-Çaykur Rizespor matçından sonra klubun prezidenti Faruk Koca və bəzi şəxslərin hücumuna məruz qalan hakim Halil Umut Meleri ziyarət edib.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər zamanı nazir Yerlikaya prezident Ərdoğana da zəng edərək Halil Umut Meler ilə danışıb.

Melerin tez bir zamanda sağalmasını arzulayan Ərdoğan, nazirlərə "Lazım olanı edin" göstərişi verdiyini qeyd edib.