"Fənərbağça" prezidenti prokurorluğa çağırıldı, evində axtarış aparıldı
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində Fənərbağça Klubunun prezidenti Sadettin Saran şübhəli şəxs qismində ifadə vermək üçün çağırılıb. Məlumata görə, hüquq-mühafizə orqanları Saranın evində axtarış aparır.
meqale.com xəbər verir ki, istintaq çərçivəsində Sadettin Saranın hazırda İtaliyada olduğu bildirilir. Onun vəkilləri vasitəsilə Türkiyəyə qayıtması istənilib. Vəkillər Saranın sabah Türkiyəyə dönəcəyini açıqlayıblar.
Ezgi Eyüboğlu və daha 7 nəfər saxlanılıb
İstintaq çərçivəsində Ezgi Eyüboğlu "istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə, saxlama və ya istifadə etmə",
Eser Küçükerol və barəsində axtarış qərarı olan Kasım Qaripoğlunun sürücüsü İsmail Ahmet Akçay "narkotik və ya psixotrop maddələrin istehsalı və alveri",
Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü "fahişəliyə təşviq və vasitəçilik",
Saim Macit isə "qanunsuz silah saxlama" maddələri ilə bağlı əməliyyata cəlb olunub.
Keçirilən əməliyyat nəticəsində ümumilikdə 8 şübhəli saxlanılıb.
İstintaq çərçivəsində şübhəli Kasım Garipoğlunun İstanbulun Sarıyer rayonundakı evində aparılan axtarış zamanı:
1 ədəd qeydiyyatlı tapança,
1 ədəd səs tapançası,
8 ədəd narkotik tərkibli həb,
kristal formalı narkotik maddə,
üzərində narkotik maddə olduğu ehtimal edilən kartuş qutuları,
narkotik mayelər,
narkotik istifadəsi üçün nəzərdə tutulmuş müxtəlif alətlər,
narkotik üyüdən aparat,
içində 100 dollarlıq əskinaslar yerləşdirilmiş boş kağız dəstələri,
eləcə də 19 ədəd saxta dollar aşkar edilərək müsadirə olunub.