Fransanın müstəmələkəçilik siyasətinə son qoyulmalıdır - Rok Vamitan
2021-ci ildə Kaledoniyada keçirilən referendum zamanı yerli əhali onu təxirə salmaq istəsə də, Fransa bunun əksində israr edib.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusuna keçirilən tədbir zamanı Yeni Kaledoniya Parlamanetinin sədri Rok Vamitan deyib.
"Nəticədə əhalinin 57%-i bu referendumda iştirak etməyib. Fransa müstəmələkçilik siyasətini davam etdirir. Bugün Bakıda keçirlən tədbirdə iştirak edərək, bu qanlı müstəmləkə tarixinin bir daha təkrarlanmaması üçün çağırışlar edirik. Müstəmələkəçilik siyasətinə son qoyulmalıdır. Qoşulmama Hərəkatı üzvlərinin arzularımıza, azadlığımıza qovuşmağımız üçün bizə kömək edəcəyini düşünürük. ",- deyə o əlavə edib.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusuna həsr olunmuş tədbir keçirilir.
meqale.com