Ermənistan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlarına həsəd aparır - Azərbaycan XİN
Ermənistan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlarına həsəd aparır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN-in sözçüsü Ani Badalyanın bəyanatına münasibət bildirərkən deyib.
"Görünür, Ermənistan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlarına həsəd aparır. Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt beynəlxalq platformalardan sui-istifadə etməyib və həmişə beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının tərəfdarı olub", - Ayxan Hacızadə bildirib.
meqale.com