“Günay” teatr-studiyasının "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" adlı tamaşası nümayiş olunacaq
29 noyabr 2025-ci il tarixində saat 13:00-da Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə teatr" layihəsi çərçivəsində Bakı Uşaq və Gənclər Teatrı nəzdində fəaliyyət göstərən "Günay" teatr-studiyasının "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" adlı tamaşası nümayiş olunacaq.
Vətənpərvərlik mövzusunu əks etdirən tamaşada gənc aktyorlar tərəfindən Qarabağın tarixi, mədəni irsi və Azərbaycanın ayrılmaz bir parçası kimi əhəmiyyəti canlandırılacaq.