Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 65-ə çatıb - YENİLƏNİB - FOTO
17:05
Honq Konqda baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.
meqale.com BBC-yə istinadən xəbər verir ki, yanğında ölənlərin sayı 65-ə çatıb.
23:39 2025.11.26
Çinin xüsusi inzibati bölgəsi olan Honq Konqda təxminən 4 min nəfərin yaşadığı, 8 binadan ibarət yaşayış kompleksində baş verən yanğında vəziyyət daha da ağırlaşıb.
meqale.com xəbər verir ki, 31 mərtəbəli göydələndə baş verən yanğında 36 nəfər ölüb, 29 nəfər yaralanıb və 279 nəfər itkin düşüb.
Yanğının sürətlə yayılmasına binanın fasadında təmir üçün quraşdırılan bambuk konstruksiyanın səbəb olduğu bildirilir. Honq Konq Nəqliyyat Nazirliyi yanğın səbəbilə Tai Po yolunun bir hissəsini bağlayıb və avtobusları başqa istiqamətlərə yönləndirib.