Ərdoğan Roma Papasını qəbul etdi - YENİLƏNİB - FOTOlar
16:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkəyə rəsmi səfər edən Roma Papası XIV Leonu qəbul edib.
meqale.com-ın "TRT Haber"ə istinadən məlumatına görə, əvvəlcə liderlər arasında təkbətək görüş baş tutub, daha sonra danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Rəsmi görüşlərdən öncə isə Roma Papası Anıtqəbiri ziyarət edərək hörmətini ifadə edib.
15:32
Katolik Kilsəsinin lideri Papa XIV Leo Türkiyə və Livanı əhatə edən ilk xarici səfərinə başlayıb.
meqale.com xəbər verir ki, Papa bu gün Ankaraya gəlib və Esenboğa Hava Limanında onu Türkiyə Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy başda olmaqla rəsmi nümayəndə heyəti qarşılayıb.
O, səfər çərçivəsində Nikeya Birinci Şurasının 1700 illik yubiley tədbirlərində iştirak edəcək.
Ankaraya gələn Leo Anıtkabiri ziyarət edəcək. Ardınca Beştəpədə rəsmi qarşılanma mərasimi keçiriləcək və Papa Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Ankaradakı görüşlərdən sonra o, elə həmin gün İstanbula yollanacaq. Cümə günü Harbiyedəki Müqəddəs Esprit Katedralında xristian ruhaniləri ilə görüş keçirəcək.
Daha sonra Feriköydəki Fransız Kasıblar Evinə - yoxsullar üçün qocalar evinə baş çəkəcək. Səfərin sonunda Papa Leo XIV helikopterlə Nikeyaya (İznik) gedəcək.