Bred Pitt özündən 29 yaş kiçik sevgilisi ilə - FOTO
Dünya şöhrətli aktyor Bred Pitt özündən 29 yaş kiçik sevgilisi ilə görüntülənib.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, bu ay 62 yaşını qeyd edən Pitt 33 yaşlı sevgilisi, amerikalı fitness məşqçisi İnes de Ramon ilə birlikdə məkanların birindən çıxarkən kameralara tuş gəlib.
Qeyd edək ki, Bred Pitt daha öncə məşhur aktrisa Ancelina Coli ilə evli olub. 2014-cü ildə ailə quran cütlük iki il sonra ayrılıb. Cütlüyün Maddoks, Paks, Zahara, Şilo, həmçinin Knoks və Vivyen adlı əkiz uşaqları var.
İnes de Ramon isə 2019-2024-cü illərdə amerikalı aktyor Pol Uesli ilə evli olub.