"Süni intellekt nüvə müharibəsinə səbəb ola bilər"

Süni intellekt dezinformasiya və saxta həyəcan siqnalları yaymaq riski səbəbindən qlobal nüvə təhlükəsizliyinə təhdid yarada bilər.

Süni intellekt dezinformasiya və saxta həyəcan siqnalları yaymaq riski səbəbindən qlobal nüvə təhlükəsizliyinə təhdid yarada bilər.

meqale.com xəbər verir ki, bu barədə "Foreign Affairs" nəşri yazıb.

Məlumata görə, süni intellekt nüvə təhlükəsi üzrə əsas qərar qəbuledici şəxsləri, eləcə də bu təhlükəsizlik zəncirinin digər üzvlərini aldatmaq imkanına malikdir. Neyron şəbəkəsi heç bir hücum olmadığı halda məsul şəxsləri nüvə hücumunun baş verdiyinə inandıra bilər.

"Bu gün süni intellekt nüvə güclərinin liderlərini çaşdıra biləcək saxta videolar, audio və şəkillər yarada bilər. Kritik vəziyyətdə bu cür dezinformasiya nüvə silahından istifadə ilə bağlı yanlış qərara səbəb ola bilər", - nəşr yazır.