"HAMAS-a qarşı müharibə sona qədər aparılacaq"

İsrail Baş naziri Benyamin Netanyahu HAMAS-a qarşı apardığı müharibəni sona qədər davam etdirəcəyini deyib.

İsrail Baş naziri Benyamin Netanyahu HAMAS-a qarşı apardığı müharibəni sona qədər davam etdirəcəyini deyib.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Baş nazir Netanyahu yaydığı bəyanatda bildirib.

"Biz müharibəni sona qədər davam etdiririk. HAMAS məhv edilənə qədər - qələbəyə qədər bu davam edəcək. Dayanacağımızı düşünənlər reallığa bağlı deyil. Qarşımıza qoyduğumuz bütün məqsədlərə çatana qədər mübarizəni dayandırmayacağıq: HAMAS-ın ləğvi, girovlarımızın azad edilməsi və Qəzzadan bizim üçün olan təhlükənin aradan qaldırılması. Biz HAMAS-a cəhənnəm atəşi ilə hücum edirik".