HƏMAS-ın cavabını aldıq, indi isə... - Kirbi
Vaşinqton administrasiyası HƏMAS hərəkatının Qəzza zolağında atəşkəslə bağlı təkliflərə cavabını qəbul edib və qiymətləndirir.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə deyib.
"HƏMAS-ın Qətər və Misirə çatdırdığı bu cavabı aldıq. Biz indi bunu qiymətləndiririk", - deyə Kirbi bildirib.
Qeyd edək ki, HƏMAS BMT-nin atəşkəs qətnaməsi ilə razılaşdığını və danışıqlara hazır olduğunu bildirib.