Hərbçimiz vəfat etdi - YENİLƏNİB

23:11

Hərbçimiz vəfat etdi - YENİLƏNİB
23:11

Samur-Dəvəçi-Abşeron su kanalında boğulan hərbçimizin nəşi təhvil verilib.

meqale.com report-a istinadən xəbər verir ki, Xaçmaz rayonu Köhnə Xudat kənd sakini, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlunun nəşi sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.

-------

16:33

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlunun Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!