Bütün məntəqələr səsvermə üçün tam hazırdır - MSK sədri
Hazırda seçki siyahımızda 6 milyon 478 min 623 nəfər var.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu fevralın 6-da jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.
MSK sədri qeyd edib ki, seçicilər 6537 məntəqədə səs verəcəklər:
"Bütün məntəqələr səsvermə üçün tam hazırdır. Onların hazırlığı beynəlxalq tələblərə cavab verir".