Hizbullah İsrailə 30-a yaxın raket atdı
İsrail Müdafiə Qüvvələri Livandan İsrailin şimalındakı Qaliley bölgəsinə atılan otuza yaxın mərmi aşkarlayıb.
                        meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Bir müddət əvvəl Qərbi Qaliley bölgəsində hava hücumu siqnalının səslənməsindən sonra Livandan atılan otuza yaxın mərmi aşkar edilib", - məlumatda deyilir.
Ordunun mətbuat xidməti həmçinin əlavə edib ki, itkilər barədə məlumat yoxdur.