İftar süfrəsi üçün fərqli reseptlər - FOTOlar
meqale.com axşam.az-a istinadən iftar menyusu üçün reseptlər təqdim edir:
4 qaşıq şorbası
Ərzaqlar:
1 xörək qaşığı yaşıl mərcimək 1 xörək qaşığı qırmızı mərcimək 1 xörək qaşığı düyü 1 xörək qaşığı bulqur 6 stəkan su və arzulanan qədər duz
Əlavə: 1 stəkan qatıq 2 xörək qaşığı un 1 ədəd yumurta sarısı 5 damcı limon şirəsi
Üzəri üçün: 1 xörək qaşığı kərə yağı 1 çay qaşığı nanə 1 çay qaşığı qırmızı bibəri
Hazırlanması:
Mərciləri, düyü və bulquru bir qaba töküb yuyun. 6 stəkan su töküb qaynadın. Kənarda yumurta, qatıq, limon suyu və unu qarışdırın. ƏdviyyaQatıqlı qarışıma azca isti su əlavə edib, qarışdırın və qaynayan şorbanın üzərinə tökün. Dayanmadan qarışdırın ki, düyün əmələ gəlməsin. Kənarda kərə yağı əridin, nanə və qırmızı bibəri əlavə edin. Sonra bişən şorbanın üzərinə töküb, duz və istioyunu vurub, süfrəyə verin.
Rulet formalı küftə
Ərzaqlar:
Küftə üçün: 1 kiloqram qitmə 2 ədəd soğan 1 stəkan çörək ovuntusu 2 ədəd yumurta 1/2 çay fincanı duru yağ 2 çay qaşığı duz 1 çay qaşığı qara istiot 1 çay qaşığı qırmızı bibər
İç üçün: 1 ədəd kök (uzun kəsin) 1 çay fincanı yaşıl noxud 5 ədəd bişmiş yumurta
Üzərinə sürtmək üçün: 1 ədəd yumurta ağı
Pomidor sousu üçün: 1/2 kiçik stəkan sürtkəcdən keçirilmiş pomidor 1 xörək qaşığı tomat pastası 1 çay qaşığı duz
Hazırlanması:
Yumurtaları sərtləşənə qədər qaynadın. Noxud və yerkökü 10 dəqiqə qaynadın. Soğan, yumurta, çörək qırıntıları, yağ, duz, qara bibər və qırmızı bibəri blenderdə əzin. Böyük qabda qiyməni soğan qarışığı ilə yaxşıca yoğurun. Yaxşı yoğrulmuş qiyməni soba kağızının üzərinə qoyun. Əti rulon formasında bükün və ortasında deşik açın. Hazırladığınız çuxura yerkökü, noxud və yumurta qoyun. Kıyılmış əti ehmalca rulon halına salın ki, içliyi örtsün.Üzerinə yumurtanın ağını sürtdükdən sonra kağıza bükün və kənarlarını bağlayın. Üzərini başqa bir kağızı və ya alüminium folqa ilə örtün və 190 dərəcə isidilmiş sobada 45 dəqiqə bişirin. Bir qabda tomat püresi, tomat pastası və duzu qarışdırın. 45 dəqiqədən küftəni sobadan çıxarıb, kağızı açıb üzərinə tomt sousunu tökün. 15 dəqiqə daha bişirin. Sobadan götürdükdən sonra dilimlərə kəsin və istəyə görə kartof püresi, qızartması, düyü ilə süfrəyə verin.
Şirəli peçenye
Ərzaqlar:
Xəmir üçün: 250 qram kərə yağı (Otaq temperaturunda) 2 ədəd yumurta 1 stəkan manna yarması 1/2 stəkan qoz (doğranmış) 4 xörək qaşığı küncüt 1 paket vanilin 1 paket qabartma tozu 2.5 stəkan un
Şərbət üçün: 2.5 stəkan şəkər tozu 2.5 stəkan su 5-6 damcı limon şirəsi
Üzəri üçün: 1 xörək qaşığı toz püstə
Hazırlanması:
Su və şəkəri bir qazana qoyun və 15 dəqiqə - şirə halına gələnə qədər qaynadın. Sonra ocaqdan götürəndə limon suyunu əlavə edin. Soyuması üçün bir kənara qoyun. Kərə yağı və yumurtanı dərin bir qaba töküb qarışdırın. Sonra mannı əlavə edib qarışdırırıq. Doğranmış qoz və küncüdü əlavə edin. Yenidən qarışdırın. Sonra qabartma tozunu, unu əlavə edin və yaxşı yoğurun. Xəmirdən qoz böyüklüyündə parçalar götürüb əlinizdə yumrulayın. Sobaya qoyacağınız qaba düzün, stəkan ilə onların üzərində cızıqlar düzəldin. Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 35 dəqiqə bişirin. Sobadan çıxandan sonra deserti dərin bir qaba qoyun. Azca soyuyandan sonra şirəni üzərinə tökün. Şərbətini udmaq üçün ən azı 2 saat otaq temperaturunda saxlayın. Süfrəyə verərkən üzərinə əzilmiş püstə tökün.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun