İmamoğlunun ən yaxın adamının sərvəti Türkiyəni ŞOK ETDİ - FOTO

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun ətrafında gedən qalmaqallar yeni bir mərhələyə keçib. Türkiyə mətbuatında yayılan son məlumata görə, İmamoğlunun yaxın ətrafından olan vəzifəli şəxs - İBB Media AŞ-nin İdarə Heyətinin sədri və eyni zamanda onun şəxsi müşaviri Murat Ongunun evində aparılan axtarış zamanı böyük miqdarda xarici valyuta və Türk lirəsi aşkar edilib.

Bu əməliyyat yolsuzluq araşdırması çərçivəsində həyata keçirilib.

TRT tərəfindən yayımlanan görüntülərdə, Murat Ongunun evindən çıxarılan çantalardakı pulların sayı və miqdarı ölkə gündəmini silkələyib.

Əldə olunan məlumata görə, İmamoğluna qarşı bu prosesi başladan elə onun öz partiyası olan CHP-li yetkililərin, bələdiyyə üzvlərinin və qohumlarının hüquq - mühafizə orqanlarına rəsmi şikayətləridir.