İrəvan Türkiyənin təsiri ilə bu qərarı verdi – Rus ekspert

Ermənistan Qəzza münaqişəsinin əvvəlindən dünyanın böyük əksəriyyəti kimi, iki dövlət ideyasının tərəfdarı idi, bu o deməkdir ki, bu addım əslində məntiqlidir.

meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı türkoloq Viktor Nadein-Rayevski Ermənistanın Fələstin dövlətini tanıması qərarını şərh edərkən deyib.

O bildirib ki, bu qərarın verilməsi xarici təsirlərlə birbaşa bağlıdır:

"Qərarın məhz indi verilməsinin birinci səbəbi Türkiyə, ikincisi Qərbdir. Diqqət etdinizsə, ilk olaraq Türkiyə XİN Ermənistanın bu qərarını alqışladı. İstisna deyil ki, bu, Ermənistan-Türkiyə gündəmində situasiyadan irəli gələn məsələlərdən biri idi".