İsrail Livana hücum edib, 5 nəfər öldü
İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubunda Hizbullah polislərinin forpostlarının yerləşdiyi ərazilərə hücumu edib.
                        meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "Al Wataniya" agentliyi məlumat yayıb.
Hirbet Silm kəndində mərminin yaşayış binasına düşməsi nəticəsində bir qadın və iki uşaq olmaqla beş ailə üzvü həlak olub. Daha 9 nəfər yaralanaraq Tebnin şəhərindəki xəstəxanaya aparılıb.
Mülki müdafiə xidmətinin xilasediciləri qonşu evlərə ciddi ziyan dəydiyini bildirib. Yerli hakimiyyət orqanları dəymiş ziyanın həcmini müəyyənləşdirirlər.