İt dişləyən azyaşlının SON VƏZİYYƏTİ - YENİLƏNİB

Bərdədə it dişləyən azyaşlının vəziyyəti açıqlanıb.

İt dişləyən azyaşlının SON VƏZİYYƏTİ - YENİLƏNİB
Bərdədə it dişləyən azyaşlının vəziyyəti açıqlanıb.

Azyaşlının it dişləməsi ilə bağlı Trend-in sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirlib ki, uşağa ilkin tibbi yardım göstərilib.

"Quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilib.

-------

17:44

Bərdədə 7 yaşlı uşağı it dişləyib.

meqale.com xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

2017-ci il təvəllüdlü Dəniz Kənan qızı Rəhimova həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək azyaşlını dişləyib.

Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.