İtkin düşən alpinisti süni intellekt "tapdı"
İtaliyanın Piedmont bölgəsində itkin düşmüş alpinist süni intellektin axtarış və xilasetmə əməliyyatlarında iştirakı nəticəsində tapılıb.
meqale.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Təcrübəli alpinist və ortopedik cərrah Nikola İvaldonun itkin düşməsindən sonra təxminən bir həftə ərzində 50-dən çox xilasedici ərazini axtarıb. Lakin sentyabrın sonunda erkən qar yağması ilə axtarış dayandırılıb.
2025-ci ilin iyul ayında qar əridikdən sonra axtarış yenidən başlayıb. Bu dəfə süni intellektin dəstəyi ilə dronlardan çəkilmiş minlərlə fotoşəkil təhlil edilib.
Axtarışın üçüncü günündə İvaldonun cəsədi Monviso dağının şimal yamacında, təxminən 3150 metr yüksəklikdə tapılıb. Əsas ipucu süni intellektin "maraq nöqtəsi" kimi işarələdiyi İvaldonun qırmızı dəbilqəsi olub", - məlumatda bildirilib.