Kart Putinin əlindədir, bir gecədə bitirə bilər - Pavel

Qərbin verdiyi silahlardan necə istifadə edəcəyinə Ukrayna özü qərar verməlidir. Bu, digər məsələlərlə yanaşı, F-16 qırıcılarına da aiddir.

Kart Putinin əlindədir, bir gecədə bitirə bilər - Pavel
Qərbin verdiyi silahlardan necə istifadə edəcəyinə Ukrayna özü qərar verməlidir. Bu, digər məsələlərlə yanaşı, F-16 qırıcılarına da aiddir.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Çexiya Prezidenti Petr Pavel bildirib.

"Əgər BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən biz Ukraynaya hərbi əməliyyatlarda bilavasitə iştirak etməklə deyil, özünü təcavüzdən müdafiə etmək və ona maddi təchizatla kömək etmək istəyiriksə, o zaman bu silah təchizatından necə istifadə edəcəyinə qərar vermək Ukraynanın işidir", - P.Pavel söyləyib.

Çexiya prezidenti qeyd edib ki, Rusiya ilkin olaraq Ukraynaya müdaxilə etməsəydi, Ukrayna hərbçiləri Rusiya ərazisində yerləşən hədəflərə hücum etməli olmayacaqdı.