Kartof püresinə bunu əlavə edin: ən ləzzətli RESEPT

Süd qatılmış kartof püresi həm krem kimi hamar olur, həm də çox ləzzətli.

Kartof püresinə bunu əlavə edin: ən ləzzətli RESEPT
Süd qatılmış kartof püresi həm krem kimi hamar olur, həm də çox ləzzətli.

meqale.com ən dadlı və klassik kartof püresi reseptini təqdim edir:

Süd ilə ən ləzzətli kartof püresi resepti

Tərkibi

1 kiloqram kartof (sarı növlər daha yaxşı pürəlikdir)

1 stəkan (250 millilitr) ilıq süd (yağlı süd daha yaxşı nəticə verir)

2 xörək qaşığı kərə yağı (istəyə görə artırıla bilər)

Duz (zövqə görə)

İstəyə görə: qara istiot, sarımsaq tozu və ya muskat cevizi (rəndələnmiş)

Hazırlanma qaydası

Kartofları soyun və doğrayın. Bərabər ölçüdə doğramağa çalışın ki, eyni vaxtda bişsinlər. Bol duzlu suda qaynadın. Kartoflar tam yumşalana qədər (təxminən 15-20 dəqiqə) bişirin.

Suyunu süzün və bir az qurumağa qoyun. Qapaqsız halda 1-2 dəqiqə gözləyin, bu pürenin sulu olmamasına kömək edəcək. Kərə yağı və ilıq südü əlavə edin.

Kərə yağı hələ isti kartoflara əlavə olunur ki, ərisin. Südü yavaş-yavaş tökərək əzməyə başlayıb. Ən yaxşı nəticə üçün püre əzən istifadə edin (ya da çəngəl). Əlavə ədviyyat və duzla dadlandırın. Əgər fərqli dad istəyirsənsə, bir çimdik muskat cevizi və ya bir az sarımsaq tozu əlavə edə bilərsiniz. Qara istiot da dad qatır.

Püf nöqtəsi