“Kəpəz”ə yeni baş məşqçi təyin edildi
"Kəpəz"ə yeni baş məşqçi təyin edilib.
meqale.com qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
"Sarı-göylər"i Azər Bağırov çalışdıracaq. 40 yaşlı mütəxəssis ilə 2 illik müqavilə imzalanıb.
Azər Bağırov son olaraq "Araz-Naxçıvan" klubunda fəaliyyət göstərib.