KİV: Fransada gənc məktəbdən çıxarkən öldürülüb

Cinayətkarlar Paris yaxınlığındakı Eson departamentində məktəbdən çıxan 17 yaşlı gənci öldürüblər.

KİV: Fransada gənc məktəbdən çıxarkən öldürülüb

Bu barədə Evri kommunasının (departamentin inzibati mərkəzi) prokuroru Qrequar Dyulenə istinadən "Agence France-Presse" (AFP) agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, gənc yerli vaxtla saat 17:00 radələrində (Bakı vaxtı ilə saat 20:00) bıçaqla qətlə yetirilib.

Hadisə ilə əlaqədar 6 nəfər saxlanılıb, qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

İlkin istintaq məlumatlarına görə, gənc “küçə dəstələri arasında qarşıdurma zamanı” öldürülüb.