Səidə atasından qalan sərvəti ərinin adına keçirməsindən danışdı

Müğənni Səidə Dadaşova ilə xalası Lalə Dadaşova arasındakı qalmaqal bitmək bilmir. 

Səidə atasından qalan sərvəti ərinin adına keçirməsindən danışdı
Müğənni Səidə Dadaşova ilə xalası Lalə Dadaşova arasındakı qalmaqal bitmək bilmir. 

meqale.com xəbər verir ki, Səidə "Öz aramızda" verilişində xalasının ünvanına sərt sözlər deyib. O, bildirib ki, müğənni xalasının efirdə dedikləri onun övladı Rafaelə pis təsir edib:

"Məktəbdə uşağıma deyirlər ki, onlar sənin anandan nə istəyir? Mənə bir adam zəng etdi, ondan sonra danışmıram. Brilliant Dadaşovaya hörmət edirəm: bilmir öz işi, bilmir bunların söhbəti ilə məşğul olsun. Çox məyus olub. Xalam oğlu Cəmilə qurban olsunlar, yoxsa burada çox söz açardım. Siz özünüzü biabır etdiniz. Dediniz ki, küçələrdən yığılmırdı. Bu nəsildə o qədər şəxsiyyət və Xalq artistləri var. Lalə xanım, danışdıqca batırsınız, yaşınıza hörmət edin. Mən xalam oğlu Cəmillə danışıram. Mən həyasız, qədir bilməyən, nalayiq sözlər işlədən adamlarla danışmıram. Deməli, atam mənimlə maraqlanmırdı ki, küçələrdə gəzirdim?". 

Səidə ailəsinin "Rafael Dadaşovun sərvətini həyat yoldaşı Maqa öz adına keçirdib" sözlərinə belə reaksiya verib:

"Bəsdirin mal-mülk, şan-şöhrət arxasınca qaçdınız. Evim oğlum Rafaelin adınadır. Maşın da mənim adımadır. Bir an mülk söhbəti oldu. Ev satıldı, bu evi alanda həyat yoldaşıma dedim ki, öz adına keçirt. Çünki bilirdim ki, mənə onu satdırıb, pulu yeyəcəklər. Məni aldatmaq asandır. Məni qeydiyatdan çıxartdılar. İllərlə havada qalmışdım. İlk alınanda ev yoldaşımın adına idi, indi oğlumun adınadır". 

Qeyd edək ki, Səidə mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır. R.Dadaşov Xalq artisti Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova ilə ailəli olub. Sədaqət və Səidə hazırda küsülüdür. 

Xalası Lalə Dadaşova bu yaxınlarda Səidə ilə bağlı qalmaqallı açıqlama verib.