Küçələri, evləri, iş yerlərini su basdı - FOTOlar
Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində leysan yağışları həyata mənfi təsir edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, güclü yağış səbəbindən şəhəri su basıb.
Əyalətdə gecə saatlarından başlayan və sonrakı saatlarda intensivliyi artan leysan nəticəsində Anıt Meydanı, Atatürk Bulvarı və Çay Məhəlləsindəki küçələrdə gölməçələr əmələ gəlib, bəzi evlər və iş yerləri su altında qalıb.
Bələdiyyə işçiləri su toplanmasının baş verdiyi ərazilərdə təxliyə işlərinə başlayıb.