“Mahirin qolu olmasaydı, bəlkə də burda baş məşqçi deyildim”
Almaniyanın "Kayzerslautern" klubunun baş məşqçisi Tomas Liberknext maraqlı açıqlama verib.
                        meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, komandasında çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli sayəsində hazırda bu klubun baş məşqçisi olduğunu bildirib:
"Ötən ilin aprelində "Kayzerslautern" "Nürnberq"lə qarşılaşırdı. Həmin matç olmasaydı, Mahir qol vurmasaydı, bəlkə də mən burada baş məşqçi deyildim".