Makron Qərbdəki lider və dəyərlər böhranının ən bariz nümunələrindən biridir
Emmanuel Makron, vaxtilə Şarl De Qollun rəhbərlik etdiyi ölkənin prezidenti, Qərb siyasi elitasının üz qabığıdır. Görün indi Qərb siyasi elitasının əhəmiyyətli hissəsinin durumu və mahiyyəti hansı vəziyyətdədir.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, əslində Emmanuel Makronun hazırda kollektiv Qərbin geosiyasi oyunları səbəbindən müharibənin ağır fəsadlarını yaşayan bir ölkəyə münasibətdə sərgilədiyi davranış qoca qitənin və onun dəstəkçilərinin əsl simasını nümayiş etdirir.
"Makronun Ukraynaya yardımla bağlı verdiyi köpüklü bəyanatların qarşılığında Fransanın Kiyevə dəstək verən ölkələrin siyahısında 19-cu sırada yer alması, zənnimcə hər şeyin izahının sözsüz və şərhsiz verilməsinə imkan yaradır. Ola bilsin ki, Makron da sələfi kimi qalstukunun əllərdə qalacağından qorxur. Bəlkə də başqa qorxuları var. Vaxtilə Türkiyə Prezidenti qəzəbli Emmanuelə psixoloqa müraciət etməyi məsləhət görmüşdü. Onun bu məsləhətə nə dərəcədə əməl edib-etmədiyini deyə bilmərəm, amma görünən odur ki, Makronun siyasi və geosiyasi hallüsinasiyalarının qarşısında müasir tibb elmi acizdir. Çünki onun davranışlar və açıqlamaları belə bir təəssürat yaradır ki, Fransa prezidenti identikliyin dissosiativ pozğunluğunu yaşayır. Yəni gün ərzində bir neçə dəfə özünün başqası olduğunu düşünür. Məsələn, Paşinyanla görüşəndə elə bilir ki, Napoleondu, amma prinsipal və qətiyyətli liderlərlə görüşəndə, anlayır ki, ən yaxşı halda elə Makron ola bilər", - o deyib.
E.Mirzəbəyli vurğulayıb ki, reallıqda Makron Qərbdəki lider və dəyərlər böhranının ən bariz nümunələrindən biridir. Qorxaqlığın, cəsarətsizliyin, xaraktersizliyin, siyasi əxlaqsızlığın ən unikal təcəssümüdür.
"Bu baxımdan, Emanuel Makronun Azərbaycanın ərazi bütövlüyünü suverenliyini bərpa edən, ölkəmizə qarşı edilən bütün təzyiqlərə cəsarətlə sinə gərən, milli maraqlardan bir addım belə geriyə çəkilməyən Prezident İlham Əliyevə qısqanclıqla yanaşması təbii qəbul edilməlidir.
Təsəvvür edin, Fransa 1958-ci ildən, "Beşinci respublika"nın elan olunduğunu ehtiva edən konstitusiyanın qəbul olunduğu gündən 10 prezidentin hakimiyyətinə şahidlik edib - Şarl de Qolldan Emmanuel Makronadək... Bu cümlənin sonunda "gorun çatlasın, Şarl de Qoll" deyib, yazıya nöqtə qoya bilərdim. Amma Azərbaycan torpaqlarının işğal edildiyi zaman kəsiyindən Fransaya rəhbərlik edən şəxslərin də kimliyinə diqqət çəkməyin faydalı olacağını düşünürəm. Fransua Mitteran, Jak Şirak, Nikola Sarkozi, Fransua Olland... Adıçəkilən dövlət başçılarından heç birini, hətta Sarkozi və Ollandı belə Makronla müqayisə etmək mümkün deyil. Fransanın Makrondan öncəki 4 prezidenti, şübhəsiz ki, Ermənistana - ehtiyac duyulduqda özünü dünyanın "ən qədim xalqı", "xristianlığı hamıdan öncə qəbul edən millət" kimi təqdim edən, zərurət yarandıqda isə "kiçik bacı" olmaqdan həzz alan bir toplumun baş tutmayan marionet dövlətinə Fransada yaşayan ermənilərin gözü ilə baxıblar, amma fransız qalıblar. Makron isə yalanı yalana calayan, qurşaqdan aşağı əlinə keçən nə varsa başına çəkib qaraqışqırıq salan klassik erməni təbliğatçısı kimi davranır. Makrona qədər "erməni xəstəliyi"nin başqa xalqların təmsilçilərini yoluxdurmadığını, konkret etnik qrupa aid olduğunu düşünürdüm. Fransanın fəaliyyətdə olan prezidentinin davranışları isə nəinki mənim, bütün tibb elminin gəldiyi qənaəti alt-üst etdi və sübuta yetirdi ki, "erməni xəstəliyi"nin MİKROBu MAKRONun canına elə düşüb ki, həqiqətə 1 MİKRON belə yaxın düşə bilmir", - deyə o qeyd edib.