Maşında bezin sərfiyyatı artıbsa... - Bu klapanı təmizlədin

Avtomobilin benzin sərfiyyatının artmasına bir sıra amillər təsir edir. Onlardan biri də EGR-in tutulmasıdır. EGR (işlənmiş qazların təkrar sirkulyasiyası) demək olar ki, bütün benzin və dizel mühərrikli avtomobillərdə olan hissədir. Zərərli qazların səsboğucudan çıxmasını azaldaraq ekologiya üçün faydalı olan EGR avtomobilin yanacaq sərfiyyatına da ciddi təsir edir. Belə ki, yanma kamerasında tam yanmayan qazları mühərrikə daxil olan təmiz hava ilə qarışdıraraq yenidən yanmasını təmin edən EGR avtomobil üçün vacib hissədir.

Avtomobildə EGR problemlidirsə və ya tutulubsa:

- "Check engine" işarəsi sarı rəngdə yanır

- Mühərrikin dövr sayında nizamsızlıq, bəzən mühərrikin sönməsi, sarsıntılı işləməsi

- Mühərrikdən qəribə səslər gələ bilər

- Avtomobilin performansının düşməsi

- Səsboğucudan tünd rəngli dumanın çıxması

EGR tutulması və nasazlığı yolda qoyur?

EGR klapanının tutulması avtomobili yolda qoymur. Lakin, benzin sərfiyyatı xeyli artır, performans 40-faizə qədər düşür.