Məhkəmə Dəniz Uğurun əkizləri ilə bağlı qərar verdi

Aktrisa Deniz Uğur jurnalist Reha Muhtar əleyhinə əkiz uşaqlarının qəyyumluğu ilə bağlı məhkəmə işini qazanıb.

Məhkəmə Dəniz Uğurun əkizləri ilə bağlı qərar verdi
Aktrisa Deniz Uğur jurnalist Reha Muhtar əleyhinə əkiz uşaqlarının qəyyumluğu ilə bağlı məhkəmə işini qazanıb.

meqale.com xəbər verir ki, İstanbul 14-cü Ailə Məhkəməsinin qərarına əsasən, uşaqlar P.D.M. və M.D.M.-nin qəyyumluğu atalarından alınaraq analari Deniz Uğura verilib.

Məhkəmə qərarında Reha Muhtarın uşaqları ilə hər ayın müəyyən günlərində, həmçinin dini bayramlarda və Atalar Günündə saat 10:00-dan 18:00-dək görüşmək hüququ müəyyən edilib.

Dinləmə mətbuata qapalı keçirilib.