"Necə yüksəyə qaldırdımsa, elə də təpəsiüstə yerə vurdum" - FOTO
"Qızlarım mənim fanatlarımdır. Mənim iki qanadımdır".
meqale.com axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Xeyirli axşamlar" proqramında deyib. Müğənni övladları Nərgiz və Çinarədən danışıb. O, aparıcının "Qızların səni bu görünüşünlə tanıdı" sualına belə reaksiya verib:
"Böyük qızım nəsə olanda göndərir mənim stilistim Elnur Həsənova ki, anam üçün edə bilərsiniz? Hansısa bir tanınmış insanın əynində geyim görəndə, nəsə eskiz tapanda göndərir. Balaca qızım da eynən".