“Mystery Ensemble” Filarmoniyada fantastik konsert keçirtdi - FOTO
"Mystery Ensemble" unikal konserti Bakının tam mərkəzində, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının fantastik atmosferə malik olan zalında keçirildi. Konsertdə ən dahi müasir yapon bəstəkarı Co Hisaişinin "Houlun gəzən qəsri", "Ruhlardan uzaqlaşan" və "Qonşum Totoro" kimi dünyaca məşhur cizgi filmlərindən saundtreklər səsləndirildi.
"Mystery Ensemble" orkestrı tərəfindən ifa olunan konsert, tamaşaçıları rəngarəng və fantastik musiqi dünyasına aparıb. Bu, əsl möcüzə idi!
Konsert, tamaşaçıların qəlbində iz qoyaraq, ilhamlandırıcı və heyranedici keçdi.