Netanyahu: Müharibəni dayandırmaq olmaz
HƏMAS məhv edilənə və bütün girovlar azad olunmayana qədər İsrailin Qəzza zolağında müharibəsini dayandırmaq olmaz.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"İsrail Livanla sərhəddə gərginliyin qaldığı bölgədə təhlükəsizliyi bərpa etmək niyyətindədir. O vaxta qədər hər şeyi bir kənara qoyub, tam qələbə qazanana qədər birlikdə hərəkət etməyə davam etməliyik",- o bildirib.