Nizami metrosu yaxınlığında AĞIR QƏZA: Ölən var - FOTO
Paytaxtda ağır yol qəzası baş verib.
                        meqale.com Sfera.az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Nizami metrosu yaxınlığında, C.Cabbarlı küçəsində qeydə alınıb.
Belə ki, motosikleti idarə edən sürücü yolu keçmək istəyən piyadanı vurub. Nəticədə, 45-50 yaşlı qadın hadisə yerində keçinib.