Türkiyəli ekspert: "Qurbanova Avropa klublarından ciddi təkliflər var"

Türkiyəli futbol eksperti Önder Özen "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova Avropadan təklif olduğunu bildirib.

Türkiyəli ekspert:
Türkiyəli futbol eksperti Önder Özen "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova Avropadan təklif olduğunu bildirib.

meqale.com oxuya istinadən xəbər verir ki, o, bu barədə "YouTube" platformasında yayımlanan verilişdə məlumat verib.

"Aldığım məlumatlara görə, Qurban Qurbanov üçün üfüqdə transfer görünür. Çox az heyət dəyərinə malik komanda ilə UEFA Çempionlar Liqasındakı çıxışı Avropa klublarının diqqətini cəlb edib. Qurban Qurbanov "Qarabağ"da çox uğurlu mövsümlər keçirib. Əgər Rusiya-Ukrayna müharibəsi olmasaydı, Rusiya liqası bir az aktiv vəziyyətdə olsaydı, Qurban Qurbanovla bağlı fərqli şeylər danışa bilərdik", - deyə ekspert vurğulayıb.