Ömər Buludov “Neftçi”ni tərk etdi
"Neftçi" müdafiəçi Ömər Buludovla yollarını ayırıb.
meqale.com İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Buludov "Neftçi"nin heyətində 7 mövsüm çıxış edib. O, bu müddət ərzində 142 oyun keçirib, 5 qola imza atıb.