Osimhen bu qədər maaş tələb edir

"Qalatasaray" klubunun təcrübəli hücumçusu Viktor Osimhen mövsüm sonunda 12 milyon avroluq maaş təklifi edəcək komandalarla danışıqlara başlayacaq.

Osimhen bu qədər maaş tələb edir
"Qalatasaray" klubunun təcrübəli hücumçusu Viktor Osimhen mövsüm sonunda 12 milyon avroluq maaş təklifi edəcək komandalarla danışıqlara başlayacaq.

meqale.com oxuya istinadən xəbər verir ki, Viktor Osimheni yay transfer pəncərəsində heyətinə qatmaq istəyən klublar sərbəst qalma məbləğindən - 75 milyon avrodan əlavə, futbolçuya da illik 12 milyon avroluq maaş təklifi etməli olacaqlar.

Qeyd edək ki, Viktor Osimhen müqavilə ilə İtaliyanın "Napoli" klubuna məxsusdur.

O, "Qalatasaray" forması ilə çıxdığı 24 oyunda 19 qol, beş məhsuldar ötürmə ilə yadda qalıb.