Pakistanda məktəb mikroavtobusu atəşə tutuldu
Pakistanın Pəncab əyalətində naməlum şəxslər məktəb mikroavtobusunu atəşə tutublar.
meqale.com Trend-ə istinadən bildirir ki, hadisə iki uşağın ölməsi, sürücü də daxil olmaqla altı nəfərin yaralanması ilə nəticələnib.
"Naməlum şəxslərin məktəb furqonunu atəşə tutması nəticəsində iki uşaq ölüb, beşi isə yaralanıb", - məlumatda deyilir. Uşaqların hamısının 10-12 yaş arasında olduğu bildirilir.
Mikroavtobusu atəşə tutan şəxslər hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, atışma şəxsi düşmənçilik zəminində baş verib və atəş açanların hədəfi sürücü olub.