Pakistanın xarici işlər naziri baş nazirin birinci müavini təyin edilib
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ölkənin Baş naziri Şahbaz Şərifin birinci müavini təyin edilib.
meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, Şərif və Dar hazırda Ər-Riyada səfərdədirlər və ani təyinatın səbəbi hələlik bəlli deyil.