Parkın ətrafına dəmir boruları kim basdırıb?
Yasamal rayonu Hüseyn Cavid parkının yaxınlığında basdırılan dəmir borular sakinlərin gediş-gəlişinə maneə olur. meqale.com xəbər verir ki, sakinlər gecə saaatlarında bu küçənin qaranlıq olduğundan insanlar üçün təhlükəli olduğunu bildiriblər.
Hətta borulara görə bəzi şəxslər yıxılıb xəsarət alıblar.
Bəs bu boruları kim basdırıb?
Parka cavabdeh şəxslər həmin boruların parka aidiyyatı olmadığını bildirib.