PSJ-nin sabiq futbolçusu bıçaqlanıb
Fransanın PSJ klubunun və Argentina millisinin sabiq futbolçusu Esekel Lavezzi bıçaqlanıb.
İdman.biz xəbər verir ki, xoşagəlməz hadisə ailə münaqişəsi zamanı baş verib.
O, Uruqvayın Xose İqnasio şəhərindəki evində qarnından bıçaqlansa da, ailə üzvləri bunu etmədiklərini deyiblər.