"Qapalı qapı arxasında deyilənlərlə ictimaiyyətə deyilənlər başqadır"

NATO-nun olması Avropa İttifaqının qarantıdır.

NATO-nun olması Avropa İttifaqının qarantıdır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Maltanın sabiq baş naziri Cozef Muskat XI Qlobal Bakı Forumunda "Regional perspektivlər: Avropa Birliyi və qonşuları" adlı panel iclasında çıxışı zamanı deyib.

"Avropa İttifaqı NATO-nun fərqli bir formatıdır. Amma NATO-nun işlərini Avropa İttifaqının üzərinə qoymaq yalnışdır.

Biz ənənəvi düşüncə tərzindən kənarlaşmalıyıq. Qapalı qapı arxasında deyilənlərlə, ictimaiyyətə deyilənlər başqadır. Bu dəyişməlidir", - deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun