Tarixi günə kölgə salanlar - Təxribatların arxasında kim dayanır?

Bu gün Azərbaycanda tarixi gündür. Ərazi bütövlüyümüzü təmin etdikdən sonra ilk dəfədir ki, prezident seçkiləri keçirilir. Xocalıda, Xankəndidə səsvermə başlayıb. Artıq azad edilmiş ərazilərdə yaradılan 46 seçki məntəqəsi üzrə də seçicilər gəlib səsvermə hüququndan istifadə edə bilər.

Tarixi günə kölgə salanlar - Təxribatların arxasında kim dayanır?
Bu gün Azərbaycanda tarixi gündür. Ərazi bütövlüyümüzü təmin etdikdən sonra ilk dəfədir ki, prezident seçkiləri keçirilir. Xocalıda, Xankəndidə səsvermə başlayıb. Artıq azad edilmiş ərazilərdə yaradılan 46 seçki məntəqəsi üzrə də seçicilər gəlib səsvermə hüququndan istifadə edə bilər.

Belə bir tarixi gündə təxribatların olma ehtimalları var. Tarixi qələbəmizə kölgə salmağa çalışan qüvvələr, uğurumuzu həzm etməyən şəxslər bugünkü seçkilərdə təxribat törədə bilərlər. Xüsusilə, Azərbaycandakı Qərblə bağlı şəbəkənin üzvləri seçki günü genişmiqyaslı gözdənsalma kampaniyasına başlaya bilər.

Hələ seçki başlamamışdan əvvəl bu prosesə başlayan şəxslər sırasında jurnalist Xədicə İsmayılın adı hallanırdı. Xədicə İsmayıl Bakı Jurnalistika Məktəbi nəzdində gənclərdən ibarət qrup formalaşdırır, onların seçki günü fəaliyyətinə böyük pullar xərclənir. Hansı ki, bu qrupa xaricdə pulsuz təhsil vədləri verilir. 

Bu məsələdə adı hallanan şəxslərdən digəri isə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi İB-nin sədri Anar Məmmədlidir. Məlumat üçün bildirək ki, Anar Məmmədlinin əvvəllər AXCP sədri Əli Kərimli ilə yaxın münasibətləri olub. Belə ki, onun rəhbərlik etdiyi "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin (SMDTM) keçirdiyi monitorinq və müşahidələrdə AXCP gənclər təşkilatının üzvləri iştirak ediblər. SMDTM 2001-ci ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərin müşahidəsini aparıb və bu seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə qərəzli hesabatlar hazırlayaraq xarici donorlara və beynəlxalq təşkilatlara ötürüb. Qərb fondlarından böyük vəsait aldığı deyilən Anar Məmmədliyə də oxşar tapşırıq verilib. İddialara görə o, hətta, aldığı böyük məbləğdə qrantı mənimsədiyi və öz məqsədlərinə sərf etdiyinə görə indi çətin vəziyyətdədir. Əvvəl ona 500 nəfərlik qrup tapşırılsa da, sonradan işini bacarmadığı üçün 20 nəfərlik heyətlə kifayətlənib.

Bu şəxslərə öyrədilənlər isə diqqət çəkən əsas məqamdır. Qrup üzvləri bütün texniki avadanlıqla təmin olunublar, onlara həmin texniki vasitələrlə necə davranmağın lazım olduğu göstərilib. Onlara xüsusilə ehtiyatlı olmaq tapşırılır ki, bu da ümumilikdə fəaliyyətin qeyri-leqal xarakter daşımasını göstərir. Məsələn, "Müşahidəçilər üçün davranış qaydaları ilə bağlı hazırlanmış Təlimat"da gənclərə seçki günü davranış qaydaları, hansı məsələlərə diqqət yetirilməsinin, nələrin videoya çəkilməsinin və s. məsələlərin vacib olduğu qeyd edilir:  "Sabah (yəni bu gün - red.) saat 7 tamamda artıq həmin məntəqədə olmaq lazımdır ki, prosesləri əvvəldən izləmək mümkün olsun. Mobil telefonların şarjını tam dolu saxlamaq və əgər varsa, poverbank götürmək. Sizdən kimliyindən asılı olmayaraq kimsə (hətta jurnalistlər belə soruşsa, fərq etmir) niyə və nə üçün, hansı maraqlar üçün müşahidəçi olduğunuzu sorarsa, hara ilə əməkdaşlıq etməyinizdən söz açmamağınız xüsusi xahiş olunur. Bu, hər iki tərəfin təhlükəsizliyi üçün vacibdir".

Müşahidəçiliyə cəlb edilənlərin imkanı aşağı olanlardan seçilməsi də diqqətdən yayınmır. Göründüyü kimi, yuxarıda adı çəkilən şəxslər onlara bu "xidmət" müqabilində ayrılan pulun çox hissəsini mənimsəyərək, çox cüzi hissəsini "müşahidəçi"lərə verirlər.

İslam meqale.com