Qız profili ilə kişilərin özəl görüntülərini əldə edən şəxs cəzalandırıldı

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb.

meqale.com pravda.az-a istinadən xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, protest təmin edilib, Kürdəmir Rayon Məhkəməsinin çıxardığı şərti cəza hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin cinayət əməli Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsindən həmin məcəllənin 322.1-ci (özbaşınalıq) maddəsinə tövsif edilib və ona altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəbrayil Məmmədov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.