"Real"da ciddi itki - FOTO
"Real"ın yarımmüdafiəçisi Dani Sebalyos İspaniya kubokunun yarımfinalında "Real Sosyedad"la matçda zədələnib.
meqale.com xəbər verir ki, ispaniyalı futbolçu dizindən zədə alıb.
İlkin proqnozlara görə, 28 yaşlı oyunçu bir neçə ay oynamaya bilər. Təkrar müayinədən sonra onun durumu dəqiq bilinəcək.